Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə əlillərinin rüsumlardan azad edilməsi təklif edilir

Müharibə əlillərinin rüsumlardan azad edilməsi təklif edilir

Tarix: 12 Fevral 2021 11:44

Şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması Prezidentin diqqət mərkəzindədir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Musa Quliyev deyib.

O bildirib ki, "Dövlət rüsumu haqqında" qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil: "Bu, uyğunsuzluq yaradır. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və bu uyğunsuzluğu aradan qaldıraq".

M. Quliyev həmkarı Naqif Həmzəyevin təklifini dəstəkləyib: "Gəncə aeroportunun adının dəyişdirilərək Nizami Gəncəvinin adına verilməsi çox mühüm hadisə olar. Ölkənin tanınması baxımından, gələn turistlərin daha çox məlumat alması üçün bu, çox yaxşı addım olar".


Etiketlər:  Müharibə əlillərinin rüsumlardan azad edilməsi təklif edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ