Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 08:40
"Gree Electronics" smartfonlar üçün "sərxoşluq rejimi" hazırlayıb. Bu tətbiq sahibini sərxoş vəziyyətdə düşüncəsiz hərəkətlərdən qorumaq üçün nəzərdə tutulub.
Bu barədə "MyDrivers" Çin Patent Bürosunun veb saytında dərc olunan məlumata istinadən xəbər verib.
Bu rejim istifadəçini içkili vəziyyətdə məsələn, SMS göndərməkdən və ya bank tətbiqetmələri vasitəsilə ödəmələrdən qoruyur.
Sərxoşluq rejimi mexaniki qaydada aktivləşdirilir. Açdıqdan sonra telefonda əvvəlcədən seçilə bilən müəyyən funksiyalar bloklanır.
Tətbiqlərin normal fəaliyyətinə qayıtmaq üçün istifadəçi bir növ "ayıqlıq testi"ndən keçməlidir.