Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səidə Röya və Natavan haqda suala əsəbiləşdi: ''İfritədirlər''

Səidə Röya və Natavan haqda suala əsəbiləşdi: ''İfritədirlər''

Tarix: 13 Fevral 2021 18:20

"İstəyirəm müasirləşək: klip, mahnı... Dünya format olub, şou-biznes də dəyişsin. Efirdə toyxana yığışdırılsın. Cavan, musiqini bilən müasir gənclər çıxsın verilişlərə. Efirdə toyxana olmaz. Bitsin bu söhbət. Toyu gətirib soxmuşuq efirə. Aygün Kazımova, Faiq Ağayevin vaxtında estrada necə gözəl idi. "Rakada-çıkada" nə qədər olar? Elə mahnı oxumalıyam ki, məni ona görə toya çağırsınlar. Getdiyim toylarda da öz repertuarımı oxuyuram".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Səidə Sultan "10-da görüşək" proqramında deyib. Sənətçi efirdən şikayətlənib.

Səidə "W-trio"nun üzvləri Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi haqda suala "Üçü də özünə görə ifritədir" cavabını verib.

"Xuraman həci xanımdır, haqqın yanındadır" deyə, ifaçı sözlərinə əlavə edib.

Səidə daha sonra onlarla münasibətinin olub-olmamasından söz açıb:

"Onlar vecimə deyil. Onlar məndən danışsın, niyə danışım? Onlara verin bu haqda sualı. Allah hər kəsin yolunu açıq, ruzisini bol eləsin".


Etiketlər:  Səidə Röya Natavan haqda suala əsəbiləşdi İfritədirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ