Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 20:34
Türkiyəli model Elif Ece Uzun ərinin ona zor tətbiq etməsi barədə məhkəməyə müraciət edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, əri Mehmet Tuşun ona dəfələrlə fiziki zorakılıq tətbiq etdiyi deyib.
Türkiyəli model eyni zamanda, Mehmet Tuşun narkotik istifadə etdiyini də bildirib.
Model əri ilə eyni evdə yaşadığına görə həyatının təhlükə altında olduğunu qeyd edib.
İddia ərizəsində qorxu və narahatlıq keçirən Elif Ece Uzunun məhkəmə tərəfindən qorunması istənilib.
Məhkəmə Mehmet Tuşun iki ay ərzində Ece Uzuna yaxınlaşmaması barədə qərar verib. O, qərara əməl etməsə, 3 gündən 10 günə qədər həbs cəzasına məhkum edilə bilər.