Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda dərsrlər bərpa edildi

Gürcüstanda dərsrlər bərpa edildi

Tarix: 15 Fevral 2021 09:16

Bu gündən bütün Gürcüstan ərazisində təhsil müəssisələrində əyani dərs prosesi bərpa edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, dərslərin siniflərdə ölkənin Səhiyyə Nazirliyinin müəyyən etdiyi tibbi protokol əsasında davam etdirilməsinə icazə verilib.

Bununla yanaşı, valideynlərə övladlarının distant, yoxsa əyani formada təhsil almaları ilə bağlı seçim etmək imkanı verilib. Səhiyyə Nazirliyinin müəyyən etdiyi protokola əsasən, müəllimlərin və məktəb işçilərinin 20 faizinin hər iki həftədən bir koronavirus testindən keçirilməsi məcburi olacaq.

Qurumlararası Koordinasiya Şurasının qərarına görə, bu gündən Gürcüstanda açıq havada fəaliyyət göstərən restoranların xidməti bərpa etməsinə icazə verilib. Qərara əsasən, açıq havada fəaliyyət göstərən restoranlar eyni masa arxasında sosial məsafə gözlənilməklə maksimum 12 nəfərədək müştəriyə xidmət göstərə biləcəklər. Qaydaları pozan fərdlərin 2000 lari (1032 manat), hüquqi şəxslərin isə 10 000 lari (5160 manat) cərimə olunacağı bildirilib.

Milli.Az


Etiketlər:  Gürcüstanda dərsrlər bərpa edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ