Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağı ölkə iqtisadiyyatının ''mühərrik''inə çevirəcək - VİDEO

Qarabağı ölkə iqtisadiyyatının ''mühərrik''inə çevirəcək - VİDEO

Tarix: 15 Fevral 2021 14:20

Yaxın on il ərzində işğaldan azad olunmuş ərazilərə 1,5-2 milyon əhali köçürülə bilər. Amma bu, mərhələli şəkildə həyata keçiriləcək. İlkin olaraq, görülən təhlükəsizlik tədbirlərindən, yəni ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsindən sonra proses ərazinin bəlli baş planı əsasında davam etdiriləcək.

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir.

Məskunlaşmanın həm iqtisadi, həm sosial, həm də siyasi önəmi var. Çünki işğaldan azad olunmuş ərazilərdə əhalinin sayının getdikcə artması, oranın cəlbedici hala gəlməsi, iqtisadi fürsətlərin genişlənməsi gələcəkdə Ermənistan tərəfindən atıla biləcək hər hansı revanşist addımların da qarşısını alacaq.

İşğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurulmasına, o cümlədən iqtisadi inkişafın formalaşdırılmasına dost ölkələrin şirkətləri də cəlb olunacaq. Artıq Türkiyə və İtaliyanı təmsil edən şirkətlərlə əməkdaşlıq reallaşıb. Türkiyə şirkətləri nəqliyyat sferası daxil olmaqla, bir sıra infrastruktur layihələrini həyata keçirəcəklər. İtaliya şirkətləri isə işğaldan azad olunmuş ərazilərin enerji təminatına xüsusi töhvə verəcək.

Bundan başqa, iqtisadiyyatın fərqli sektorları, emaledici sektor və turizm də İtaliya şirkətləri üçün cəlbedicidir.

Natiq Cəfərli daha çox xarici şirkətin cəlb olunması üçün Azərbaycanın investisiya mühitinin daha da yaxşılaşdırılmasına ehtihyac olduğunu deyir.

İqtisadçı deyir ki, işğaldan azad edilmiş ərazilərə xarici investisiyanın cəlb edilməsi Azərbaycana əlavə siyasi divident də gətirəcək. Bu, həm də Qarabağı ölkə iqtisadiyyatının "mühərrik"inə çevirəcək.


Etiketlər:  Qarabağı ölkə iqtisadiyyatının mühərrikinə çevirəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ