Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ ordusu Türkiyə və İraq sərhədində hərbi baza qurur

ABŞ ordusu Türkiyə və İraq sərhədində hərbi baza qurur

Tarix: 15 Fevral 2021 14:26

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası Suriyanın şimalında hərbi baza quracaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, baza Suriyanın Türkiyə və İraqla sərhədinin yaxınlığında yerləşəcək.

Artıq Əl-Həsəkə vilayətində hərbi bazanın inşasına başlanılıb.

Qeyd edək ki, ABŞ Suriyanın şimal-şərqində təxminən səkkiz hərbi baza qurub.

Bunlardan ən böyüyü hazırda ABŞ ordusunun və kürdlərin nəzarətində olan neftlə zəngin ərazilərdə yerləşir.

Milli.Az


Etiketlər:  ABŞ ordusu Türkiyə İraq sərhədində hərbi baza qurur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ