Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 15:34
1999-cu ildə Moskvadakı "Inturist" hoteli və "Oxotnıy Ryad" ticarət mərkəzində terror hücumlarının təşkilatçısı Xalid Xuquyev Primorye kolonunda ölü tapılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bir sıra KİV-lər Xuquyevin fevralın 13-də tibb hissəsində digər məhkumlar tərəfindən öldürüldüyünü bildirib.
"Məhkum həyat əlamətləri olmadığı halda tapılıb, şöbə yoxlamalar aparır", - deyə agentliyə mənbədən bildirilib.
Qeyd edək ki, 2010-cu ildə Rusiya Federasiyası Ali Məhkəməsi Moskvadakı terror hücumlarının təşkilatçısı Xalid Xuquyev və icraçısı Maqomadzair Hacıakayev üçün verilən cəzanın yüngülləşdirilməsinə qərar verib. Xuquyev üçün cəza müddəti 25 ildən 23 ilə qədər, Hacıakayev üçün isə 15 ildən 13 ilə endirilib.
Dövlət Dumasının millət vəkili İosif Kobzonun ofisi yaxınlığında yerləşən "İnturist" otelinin 20-ci mərtəbəsindəki partlayış 1999-cu ilin aprelin 26-da baş verib. Terror nəticəsində 11 nəfər yaralanmışdı. "Oxotnıy Ryad"dakı terror hücumu isə 1999-cu ilin avqustun 31-də baş verib. Bomba oyun avtomatları olan hissədə işə düşüb. Bu terrorda isə 39 nəfər yaralanmış, 1 nəfər ölmüşdü.