Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 15:40
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə Gəncə şəhərində bərk tullantıların yığılması infrastrukturunun modernləşdirilməsi üçün Azərbaycan hökumətinə 10 milyon avro kredit ayrılması barədə qərar qəbul etmişdi.
Sonxeber.net-ın banka istinadən məlumatına görə, kreditin təsdiqlənmə müddəti açıqlanıb.
Qeyd olunur ki, kreditin təsdiqlənməsi bu il martın 9-na planlaşdırılıb.
Layihə tullantıların idarə olunmasının keyfiyyətinin artırılmasına və tullantıların yığılması prosesinin ətraf mühitə mənfi təsirinin azaldılmasına xidmət edəcək.