Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Balaşor ərazisində məskunlaşmaq istəyib, yerli əhali imkan verməyib - VİDEO

Ermənilər Balaşor ərazisində məskunlaşmaq istəyib, yerli əhali imkan verməyib - VİDEO

Tarix: 15 Fevral 2021 16:00

Oğuzun Xaçmaz kəndi yaxılığında yerləşən, yaşı beş min ildən çox olan qədim yaşayış məskənlərimiz var.

Məlum olub ki, ermənilər 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində tarixi saxtalaşdırmaq üçün bu ərazilərə köçürülüb. Lakin yerli xalq onların məskunlaşmasına imkan verməyib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, tarix kitablarında, dərsliklərdə eramızdan əvvəl erkən tunc dövrünə məxsus, yəni yaşı beş min ildən çox olan yaşayış məskənləri Balaşor, Boyükşor və Muncuqlu abidələri haqqında az da olsa məlumatlar var. Tarixçilərin sözlərinə görə, Oğuzun Xaçmaz kəndindən 8-10 km aralı dağlıq massivdə yerləşən bu kəndlərdə 11-ci əsrin sonlarına qədər insanlar yaşayıb. Hazırda həmin qədim yaşayış məntəqələrinin qalıqları bir sıra yerlərə dağılıb.

Ərazinin qədim tarixinin olduğunu bilən, həmişə çirkin niyyətlər planlaşdıran mənfur qonşularımız bundan istifadə edərək özlərinə burda da dirnaqarası tarix yaratmaq istəyiblər.

Xaçmaz kənd sakinlərinin arzusu 5000 ildən çox tariximizi əhatə edən həqiqətlərimizin üzə çıxarılmasıdır.

Həmçinin ərazidə turizmi inkişaf etdirmək, yerli və xarici səyahətçiləri buraya cəlb etmək olar.


Etiketlər:  Ermənilər Balaşor ərazisində məskunlaşmaq istəyib yerli əhali imkan verməyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ