Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 18:26
UEFA Azərbaycan Premyer Liqasında çıxış edən, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməyən klublara 2019/20-ci il mövsümünü əhatə edən qurumun "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində əlavə maliyyə vəsaiti ayırıb.
Sonxeber.net AFFA-nın saytına istinadən xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
"Qarabağ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığı üçün bu komandaya pul ayrılmayıb. Premyer Liqanın digər 7 təmsilçisinin - "Neftçi", "Səbail", "Qəbələ, "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin hər birinə isə 74 633 71 avro ödənilib.
Qeyd edək ki, "Keşlə" üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.