Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tesla" Hindistanda yeni zavod tikmək niyyətindədir

Tarix: 15 Fevral 2021 19:20

"Tesla" şirkəti elektromobil avtomobillər istehsal etmək üçün Hindistanda ilk fabrikini tikməyi planlaşdırır.

Milli.Az cebhe.info-a istinadən xəbər verir ki, bu barədə məlumatı "The Hindustan Times" agentliyi yayıb.

Məlumata görə, "Tesla" şirkəti Hindistanda çoxdan gözlənilən zavodu tikməyə hazırdır. Şirkətin ölkədəki ilk müəssisəsi 2021-ci ildə Cənubi Karnataka əyalətində fəaliyyətə başlaya bilər.

"Tesla" törəmə şirkəti "Tesla India Motor" and "Energy Private Limited"i yanvarın 8-də Karnatakanın paytaxtı Banqalordan qeydiyyatdan keçirib.

Şirkət Hindistanda yaranan elektromobil bazarından maksimum yararlanmağa ümid edir.

Milli.Az


Etiketlər:  Tesla Hindistanda yeni zavod tikmək niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ