Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin orta təhsil müəssisələrinin fəaliyyəti mərhələli şəkildə bərpa olunur

Türkiyənin orta təhsil müəssisələrinin fəaliyyəti mərhələli şəkildə bərpa olunur

Tarix: 15 Fevral 2021 19:50

Fevralın son həftəsində Türkiyədə müəllimlərin COVID-19-a qarşı peyvəndlənməsi prosesinin ilk mərhələsinə başlanılacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Ziya Selçuk postpandemiya dövründə ölkənin orta təhsil müəssisələrində ilk zəngin çalınması mərasimində bildirib.

Pandemiya ilə əlaqədar bu il Türkiyənin təhsil müəssisələrində qış tətili üç həftə davam edib.

Hazırda ölkədə "məktəbim təmiz" sertifikatı alan 49 min 300 orta təhsil müəssisəsinin ənənəvi təhsilə hazır olduğunu deyən nazir bundan əlavə HES kodu tətbiqi ilə də təlim-tədris prosesinin nəzarətdə saxlanılacağını vurğulayıb.

Bildirilib ki, bu gündən etibarən Türkiyənin kəndlərində yerləşən 6 min birləşdirilmiş sinif və 2 min 700 məktəbəqədər hazırlıq sinfi ənənəvi tədrisə başlayır. Artıq bir neçə gündür Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti səbəbindən bəzi bölgələrdə yerləşən orta təhsil müəssisələrində təlim-tədris prosesinin fəaliyyətə başlaması fevralın 17-dək təxirə salınıb.

Xatırladaq ki, daha əvvəl bununla bağlı açıqlama verən nazir fevralın 15-dən etibarən Türkiyədə orta məktəblərin mərhələli şəkildə açılmasının planlaşdırıldığını bildirmişdi.

Ali təhsil müəssisələri ilə bağlı universitet tərəfindən daxili qərarın veriləcəyi gözlənilir.


Etiketlər:  Türkiyənin orta təhsil müəssisələrinin fəaliyyəti mərhələli şəkildə bərpa olunur


RƏYLƏR