Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

IAP layihəsi üzrə təmaslar davam edir - Xorvatiya İqtisadiyyat Nazirliyi

IAP layihəsi üzrə təmaslar davam edir - Xorvatiya İqtisadiyyat Nazirliyi

Tarix: 16 Fevral 2021 15:12

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

İon-Adriatik qaz kəməri (IAP) layihəsi üzrə təmaslar davam edir.

Bu barədə Trend-ə Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, IAP Xorvatiya, eləcə də Avropa İttifaqı üçün vacib layihədir:

"Xorvatiyanın qaz-nəqliyyat sisteminin operatoru olan "Plinacro" şirkəti IAP-ın reallaşdırılmasında fəal iştirak edir və Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan həmkarları ilə təmasları dəstəkləyir".

Qeyd edək ki, IAP layihəsi başa çatdıqdan sonra Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

Uzunluğu 516 kilometr olan boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçərək Xorvatiyada başa çatacaq. Boru kəmərinin buraxılış gücü ildə 5 milyard kubmetr qaz təşkil edəcək.


Etiketlər:  IAP layihəsi üzrə təmaslar davam edir Xorvatiya İqtisadiyyat Nazirliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ