Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 16 Fevral 2021 15:45
Bakı. Trend:
Müdafiə Nazirliyi və “Əsgərə xatirə kitabı” layihəsinin birgə təşkilatçılığı ilə Ağstafa və Tovuz rayonlarında yaşayan şəhid və qazi ailələri ziyarət olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hərbi qulluqçular, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəlıyeva 43 şəhid, 6 qazi və əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.
Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.
 
                                        
                                                                            
                                             
                                        
                                                                            
                                             
        
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            