Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə müalicə olunan qazi Valehdən yeni xəbər - FOTO

Türkiyədə müalicə olunan qazi Valehdən yeni xəbər - FOTO

Tarix: 16 Fevral 2021 16:26

Vətən müharibəsində snayper tərəfindən vurulan könüllü Valeh İsayevin müalicəsi Bursada davam etdirilir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, güllənin boynuna tuş gəlməsi nəticəsində bədəni iflic vəziyyətinə düşən İsayev bir müddət Azərbaycanda müalicə aldıqdan sonra "YAŞAT" Fondunun vasitəçiliyi ilə Türkiyəyə gətirilib. O, Bursada fiziki müalicə ve reabilitasiya prosesindən sonra sağlamlığına qovuşacağı günü gözləyir.

Romatem Bursa Xəstəxanasının Baş həkimi və fiziki tibb və reabilitasiya mütəxəssisi Dr. Nurten Küçükçakır veteran Valeh İsayevin fiziki müalicə və reabilitasiya müddətini başlatmaqdan şərəf duyduqlarını bildirib: "Qardaş ölkənin övladı bizim əzizimiz, qardaşımızdır. Canını ortaya qoyan və cəbhədə döyüşən Valehi ən qısa müddətdə ən sağlam şəkildə evinə göndərmək ən böyük arzumuzdur".

Küçükçakır güllənin boyuna tuş gəlməsi nəticəsində Valehin beyninin və onurğa beyninin zədələndiyini vurğulayıb.


Etiketlər:  Türkiyədə müalicə olunan qazi Valehdən yeni xəbər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ