Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 19:28
Müdafiə Nazirliyi və "Əsgərə xatirə kitabı" layihəsinin birgə təşkilatçılığı ilə Ağstafa və Tovuz rayonlarında yaşayan şəhid və qazi ailələri ziyarət olunub.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, hərbi qulluqçular, "Əsgərə xatirə kitabı" layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəlıyeva 43 şəhid, 6 qazi və əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.
Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.