Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kim Çen Inın xanımı bir ildən sonra ictimaiyyət qarşısına çıxdı - FOTO

Kim Çen Inın xanımı bir ildən sonra ictimaiyyət qarşısına çıxdı -  FOTO

Tarix: 17 Fevral 2021 14:26

Koreya Xalq Demokratik Respublikasının lideri ​Kim Çen Inın xanımı Li Sol Çju bir ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə KXDR-in dövlət nəşri "Nodon sinmun" məlumat verib. Nəşrin məlumatına görə, Li Sol Çji Pxenyanda qayınatası Kim Çen İrin ad gününə həsr olunmuş "Parlayan ulduz günü"  adlı konsertə qatılıb.

Nəşr Li Sol Çju və Kim Çen Inın tədbirdə gülümsəyərək ifaçıları alqışladığı anın şəkillərini yayımlayıb.

Xatırladaq ki, ölkənin birinci xanımının ötən ilin yanvarından etibarən uzun müddət görünməməsi bir sıra şayiələrə səbəb olmuşdu. Onun barəsində sağlamlıq problemləri ilə üzləşməsi, hamilə olması və s. tipli iddialar səsləndirilmişdi.

Qeyd edək ki, Kim Çen In və Li Sol Çju 2009-cu ildə evləniblər.


Etiketlər:  Çen Inın xanımı ildən sonra ictimaiyyət qarşısına çıxdı FOTO


RƏYLƏR