Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında nazir müavini ilə görüş keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında nazir müavini ilə görüş keçirilib

Tarix: 17 Fevral 2021 18:24

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov və Sosial təminat siyasəti şöbəsinin müdir müavini Pərviz İbrahimli ilə görüş keçirilib.

Təşkilatdan Sonxeber.net-a bildirilib ki, Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova görüşdə qonaqlara təşkilat haqqında məlumat verdi. Veteran hərəkatının bayraqdarı olan Respublika Veteranlar Təşkilatının gördüyü işlər, xüsusən gənclərin vətənpərlik tərbiyəsində fəaliyyət, veteranların ictimai-sosial vəziyyətinin diqqət mərkəzində saxlanılması, tariximizin və qəhrəmanlarımızın tanıdılması və gələcək nəslə ötürülməsi istiqamətində görülən işlər haqqında danışdı. O, həmçinin Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Veteran hərəkatına göstərdikləri misilsiz xidmətləri sayəsində Azərbaycanın bu sahədə dünyanın öndə gələn respubilkalardan biri olduğunu bildirdi.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlandığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən olduğunu vurğuladı.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin etdiyini bildirdi. Respublika Veteranlar Təşkilatının veteran hərəkatının həyata keçirilməsinə xüsusi yeri və rolu olduğunu, eləcə də, Azərbaycan veteranlarının tarixin hər bir mərhələsində Azərbaycan xalqının pasionar qüvvəsi kimi qeyd etdi. 1941-1945-ci illər II Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının və tarixi qələbəni bizə bəxş edən 44 günlük Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin daha da yaxşılaşdırılması dövlət tərəfindən həyata keçirilən əsas prioritet məsələlərdən biri olduğunu vurğuladı. O, həmçinin bildirdi ki, bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə genişləndirilir.

Veteranların sosial təmiantının yaxşılaşdırılması istiqamətində görüləcək işlər, həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparıldı.

A.Kərimov bu görüşdə həyata keçirilən fikir mübadiləsinin xüsusi önəm daşıdığını, Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlər planının respublikamızda veteran hərakatına xüsusi tövhə verəcəyini diqqətə çatdırdı. Qısa zaman ərzində Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlərin birlikdə fəaliyyətin müsbət nəticələr verəcəyinə inamını ifadə etdi.


Etiketlər:  Müharibə Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatında nazir müavini ilə görüş keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ