Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 18:36
UFC çempionu Həbib Nurmaqamedovla "Barselona" arasında söz atışması olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, dünən dağıstanlı döyüşçü Çempionlar Liqasının 1/8 final "Barselona" - PSJ oyununu stadionda canlı izləyib. "Real"ın fanatı olan Həbib İnstraqramda yazıb: "Kamp Nou" stadionuna doğru. İrəli, PSJ. Hala Madrid".
"Real" azarkeşlərini salamlamaqla Həbib ona işarə edib ki, ilk növbədə "Barselona"nın əleyhinə azarkeşlik edəcək. "Barselona" klubu isə buna cavab olaraq Həbibin paylaşımına bu şərhi yazıb: "Sən əminsən? Dəyişmək heç vaxt gec deyil".
Xatırladaq ki, "Barselona" öz meydanında PSJ-yə 1:4 hesabı ilə uduzub. Cabab oyunu martın 10-da keçiriləcək.