Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xatirə qonaq çağırıldığı verilişlərdən pul almaq istəyir

Xatirə qonaq çağırıldığı verilişlərdən pul almaq istəyir

Tarix: 17 Fevral 2021 19:05

"Azərbaycanda bütün verilişlərin sponsoru olduğu üçün bu qərarı verdim. Bir proqramı pulla təmin edən qurum mövcuddursa, elə o məbləğdən müğənniyə də ödəniş ayrıla bilər. Necə ki, o sponsorlar vasitəsilə aparıcı, redaktor, operator və digər əməkdaşlar maaş alır, orada olan müğənni də 5 manat pul qazanmalıdır".

Sonxeber.net mediapost-a istinadla xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam mətbuata açıqlamasında bildirib. Sənətçi artıq televiziya kanallarında yayımlanan bütün sponsorlu verilişlərə ödəniş əsasında çıxacağını qeyd edib:

"Xüsusi vurğulamaq istəyirəm ki, bütün kanalların rəhbərləri, əməkdaşları, aparıcıları: hər biri dostumdur, gözümün işığıdır və mənim ürəyimə çox yaxın insanlardır. Ancaq iş ayrı, dostluq ayrı. Dünyanın hər bir ölkəsində efirə çıxan müğənniyə qonorar ayrılır. Azərbaycanda da bu yolda ilk addımı mən atmaq istəyirəm. Ola bilər, bu addımım yaxşı qarşılanmasın, kimsə incisin. Amma burada inciməli heç nə yoxdur. Bu, sadəcə mənim işə yanaşma prinsipim, istəyimdir".


Etiketlər:  Xatirə qonaq çağırıldığı verilişlərdən almaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ