Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki daşsız xolesistit

Xroniki daşsız xolesistit

Tarix: 18 Fevral 2021 08:36

Xroniki daşsız xolesistit öd kisəsi divarının, ödçıxarıcı sistemin motor pozğunluğu ilə birgə xəstəliyidir. Xroniki xolesistit geniş yayılmış xəstəliklərdəndir. Xəstələnmə 1000 nəfər əhaliyə 6-7 nəfər təşkil edir. Xəstəliyi bütün yaş qruplarına aid etmək olur, lakin başlıca olaraq orta yaşlı şəxslər bu xəstəlikdən əziyyət çəkirlər. Qadınlar kişilərə nisbətən 3-4 dəfə çox xəstələnirlər. Xəstəliyə ən çox ekonomik inkişaf etmiş ölkələrdə rast gəlinir.

Etiologiyası:

Xroniki xolesistit adətən şərti patogen mikroblar ilə - eşerixiyalar,streptokokklar, stafilokokklar, göy irin çöpləri və s. ilə şərtlənir. Bəzən patogen mikroflora, viruslar və protozoy infeksiyası da xəstəliyin əmələ gəlməsinə səbəb ola bilir. Mikroblar öd kisəsinə hematogen, limfogen və kontakt yolu ilə nüfuz edir. Öd kisəsinin iltihabının səbəbi parazitlərin invaziyası da ola bilər. Xroniki xolesistitin inkişafına meyl yaradan vacib faktor öd axınının pozulası və durğunluğu hesab olunur. Xəstəlik adətən öddaşı xəstəliyi və ya ödçıxarıcı yolların xəstəliyi fonunda əmələ gəlir.

Xəstəliyin formalaşmasında alimentar amillər də böyük əhəmiyyətə malikdir.
Qida qəbulu arasında böyük intervalla qeyri-müntəzəm qidalanma, ət və yağlı yeməklərin üstünlüyü ilə gecələr bol qida qəbulu öddə durğunluq əmələ gətirir. Unlu və şirin qidaların, balığın, yumurtanın həddən çox qəbul edilməsi, bitki lifləri da öddə durğunluğa səbəb ola bilir.
Patogenezi:
Xolesistit tədricən inkişaf edir. Əzələ -sinir aparatının funksional pozğunluğu, onun atrofiyasına gətirib çıxarır. Mikrob florasının nüfuzu öd kisəsi selikli qişasının iltihabına səbəb olur. İltihab öd kisəsinin divarının selikaltı və əzələ qatına yayılır ki, burda da infiltratlar birləşdirici toxuma bitişmələri əmələ gətirir.
Klinikası:

Xroniki xolesistitin klinik şəkli periodik kəskinləşmələr olmaqla uzunmüddətli proqressivləşən gedişlə xarakterizə olunur. Öd kisəsində iltihab prosesinin olması ödün yanaşı gedən diskineziyasına görə onikibarmaq bağırsağa daxil olması ilə şərtlənir. Xəstədə aşağıdakı əlamətlər olur:
-Ağrı sindromu: ağrı sağ qabırğa altında, nadir hallarda epiqastral nahiyədə olur, sağ kürəyə, körpücüyə verir. Ağrının əmələ gəlməsi adətən pəhriz pozğunluğu ilə əlaqədardır.
-Dispeptik sindrom: bu zaman acı gəyirmə və ağızda daima acılıq hissi olur
-İltihabi sindrom-xolesistitin kəskinləşmə fazalarında bədən hərarətinin qalması ilə xarakterikdir.
-Sarılıq sindromu-ümumi öd axacağında seliyin və parazitlərin toplanmasına görə ümumi öd axarı çətinləşir və selikli qişalarda saralma müşahidə olunur.
Müayinəsi :USM müayinəsinin rolu böyükdür. Diaqnoz qoymaqda çətinlik törənərsə KT müayinəsinə ehtiyac duyulur.
Müalicəsi: Pəhriz vacib sayılır. Bundan başqa öd kisəsində durğunluğun qarşısı alınır, antibiotik, ağrıkəsicilərdən və s. istifadə olunur.


Etiketlər:  Xroniki daşsız xolesistit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ