Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əvvəllər Trampa məxsus olan 39 mərtəbəli otel partladıldı - VİDEO - FOTO

Əvvəllər Trampa məxsus olan 39 mərtəbəli otel partladıldı - VİDEO - FOTO

Tarix: 18 Fevral 2021 11:00

ABŞ-ın Nyu-Cersi ştatının Atlantik Siti şəhərində əvvəllər otel və kazino kimi fəaliyyət göstərən 39 mərtəbəli məşhur "Trump Plaza" kimi tanınan bina sökmək məqsədilə partladılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, binanın partladılması anı yerli "nj.com" portalının "youtube" kanalında yayımlanıb.

Binanın sökülməsini bir çox şəhər sakini izləyib.

Qeyd edək ki, bina 1984-cü ilin mayında istifadəyə verilmişdi. Şəhərdəki sayca onuncu qumarxana kimi fəaliyyət göstərirdi. Lakin 2014-cü ildə bağlanıb. 

2016-cı ildə fəaliyyətini dayandırdıqdan sonra onun mülkiyyəti "Trump Entertainment Resorts"dan "Icahn Enterprises"ə təhvil verilib.

Atlantik Şəhər Bələdiyyə Başçısı Marti Smoll 2020-ci ildə binanın sökülməsi ilə bağlı əmr imzalayıb.

Milli.Az


Etiketlər:  Əvvəllər Trampa məxsus olan mərtəbəli otel partladıldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ