Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ilk: 90 nəfər könüllü olaraq COVID-19-a yoluxacaq

Dünyada ilk: 90 nəfər könüllü olaraq COVID-19-a yoluxacaq

Tarix: 18 Fevral 2021 14:30

Böyük Britaniyada dünyada ilk dəfə insanlar üzərində COVID-19 təcrübələri həyata keçiriləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, gələn həftə keçirilməsi planlaşdırılan təcrübələrdə 18-30 yaş arası 90 nəfər müayinə olunacaq.

Sağlam və gənc könüllülər vasitəsilə həyata keçiriləcək təcrübədə koronavirusa qarşı hazırlanmış peyvəndlər və müalicələr test ediləcək.

Xüsusi seçiləcək 90 nəfər daim səhiyyə işçiləri tərəfindən nəzarət altında olacaqlar və təhlükəsiz mühitdə COVID-19 xəstəliyinə yoluxacaqlar.

"Human Challenge"in keçirilməsi virusun insanlara necə təsir etdiyini və necə yayıldığını anlamağa kömək etmək məqsədi daşıyır.

Milli.Az


Etiketlər:  Dünyada nəfər könüllü olaraq COVID yoluxacaq


RƏYLƏR