Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple şirkəti yeni patent aldı: Çox başlıqlı Apple Pencil

Apple şirkəti yeni patent aldı: Çox başlıqlı Apple Pencil

Tarix: 18 Fevral 2021 20:48

ABŞ texnologiya nəhəngi Apple-ın yeni patent alması ilə bağlı məlumatlar ortaya çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu yaxınlarda ABŞ Patent və Ticarət Nişanı Ofisi tərəfindən dəyişdirilə bilən başlıqları olan Apple Pencil üçün yeni patent alan şirkət onu önümüzdəki illərdə tətbiq etməyi hədəfləyir.

Apple Pencil əyilmə, gücə qarşı yüksək həssaslığa sahib və keyfiyyətli rəsmlər çəkməyə imkan verən texnologiyadır. Eyni zamanda, maqnit yapışma xüsusiyyəti sayəsində daha sürətli olan Apple Pencil, iPad, Macbook, iMac və Apple Tvkimi cihazlarda, modelləşdirmədə uğurla istifadə olunacaq.

Yeni patent iPad-də 3D şəkilləri çəkənlərin diqqətinə səbəb olacaq. Dəyişdirilə bilən hər başlıq müxtəlif xüsusiyyətlərə sahib olacaq və bu funksiyalar sayəsində yüksək səviyyədə rəsm və modelləşdirmə təcrübəsi təmin edəcək.

Milli.Az


Etiketlər:  Apple şirkəti yeni patent aldı Çox başlıqlı Apple Pencil


RƏYLƏR