Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 13:24
"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun model Ketrin Mayorqaya təcavüz etməsi ilə məhkəmə qərar verib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ABŞ-ın Las Veqas şəhəri məhkəməsi portuqaliyalı hücumçunu heç bir məsuliyyətə cəlb etməyib.
Bildirilib ki, polis istintaqının hesabatı nəzərdən keçirilib və təcavüzlə bağlı sübutların olmadığı aşkarlanıb.
Qeyd edək ki, Ronaldonun 2009-cu ildə Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq 34 yaşlı oyunçu bu iddiaları təkzib etmişdi.