Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 15:30
Əhali nisbətinə görə dünyada ən çox peyvəndlənmə göstəricisinə sahib olan İsraildə insanları vaksinasiyaya cəlb etmək üçün maraqlı üsul seçilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Təl-Əviv bələdiyyəsi gənclərə yönəlmiş kampaniya çərçivəsində şəhərin mərkəzində barları olan bir küçədə səyyar peyvənd mərkəzi qurub. Kampaniya çərçivəsində sözügedən mərkəzdə peyvənd olunmağa gələnlərə müxtəlif növ pulsuz içkilər və şiriniyyatlar paylanılıb. Vaksin vurduranlara içkilərin alkoqolsuz olduğu barədə məlumat verilməyib.
Təl-Əviv bələdiyyəsinin mətbuat katibi Eytan Halon şəhərdə hər kəsin peyvənd olunması üçün bu cür kampaniyaların təşkil edildiyini bildirib. Şəhərin tamamilə təhlükəsiz və sağlam olması üçün bütün sakinlərin peyvəndlənməli olduğunu söyləyən Halon "Təl-Əvivdə yaşlı insanları peyvənd etmək asandır, amma gənclər bu məsələdə daha çətindir. Onları yanımıza gətirmək əvəzinə bu axşam peyvəndi onlara gətirdik",- deyə qeyd edib.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, təqribən 9,3 milyon əhalisi olan ölkədə peyvəndin ilk dozası 4 milyon 195 min 707 nəfərə, ikinci doza isə 2 milyon 825 min 589 nəfərə tətbiq olunub.