Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayaqlara qulluq

Ayaqlara qulluq

Tarix: 20 Fevral 2021 08:15

Quru dərili ayaqlar üçün:
-1 çay qaşığı vazelin, 1 ədəd limonun suyu ilə qarışdırılaraq ayaq dərisinin qurumuş hissələrinə sürtülür. Qarışığı dəriyə yaxşı hopdurmaq və hər gün ondan istifadə etmək məsləhətdir
-6-8 ədəd çiyələk əzilərək 2 çay qaşığı zeytun yağı və 1 çay qaşığı duz qarışdırılır, masaj hərəkətləri ilə ayağa çəkilir. 10-15 dəqiqə sonra ayaqlar yuyulur.
Ayaqlar üçün maskalar
-Ayaqlar isti su və sabunla yuyulur. Quruyandan sonra dabanda olan çatlara spirt, gənəgərçək yağı sürtülür. 2 saat saxladıqdan sonra isə isti suya 4 çay qaşığı talk və çobanyastığı çiçəklərinin dəmləməsi əlavə edilərək vanna edilir.
-Yatmazdan əvvəl dabanlara Fitooil Zəyərək (kətan) yağı sürtüləndən sonra corab geyinərək yatağa uzanılır.
-Ayaq üçün istifadə olunan yağlar içərisində üzüm toxumu yağı, E vitamini və zeytun yağı xüsusi yer tutur. Həmin yağlarla maskadan 45 dəqiqə sonra ayaqlar canlanır və rahatlaşır.
Dabanlara qulluq.
Təmizləyici vanna :
1 litr suya 1-2 çay qaşığı soda və 1 xörək qaşığı sabun ovuntusu əlavə edilərək dabanlar suya qoyulur. Ayaqların dərisini canlandırmaq üçün 3 litr isti suya 1 ovuc dəniz və ya xörək duzu atılaraq vanna qəbul edilir. Vannadan sonra ayaqlar ilıq su ilə yaxalanır.


Etiketlər:  Ayaqlara qulluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ