Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Merkel: “Bütün insanlar peyvənd olunmalıdır”

Merkel: “Bütün insanlar peyvənd olunmalıdır”

Tarix: 20 Fevral 2021 08:44

"Koronavirus pandemiyasını məğlub etmək üçün planetdəki bütün insanlar peyvənd olunmalıdır".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.

O, əlavə edib ki, mutasiya nümunələrindən də görürük ki, pandemiya nə qədər çox  yayılacaq və geniş miqyas alacaq: "Virusun davamlı mutasiyaya uğrayır. Bu, eyni zamanda peyvəndlərin təsirini azaldır. Bunun qarşısını almaq üçün hər kəs peyvəndləmədə iştirak etməlidir. Peyvəndləri çox tez almalıyıq".

Merkel, həmçinin, Almaniyanın digər ölkələrdə, ilk növbədə inkişaf etməkdə olan ölkələrdə beynəlxalq peyvəndləmə səylərini dəstəklədiyini qeyd edib.


Etiketlər:  Merkel Bütün insanlar peyvənd olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ