Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan gələn ermənilər Qarabağa buraxılmadılar

ABŞ-dan gələn ermənilər Qarabağa buraxılmadılar

Tarix: 20 Fevral 2021 14:08

ABŞ-dan gələn bir qrup erməni Dağlıq Qarabağ ərazisinə buraxılmayıb.

Sonxeber.net azvision.az-a istinadən xəbər verir ki, bu barədə erməni ictimai fəal, "Kaseçum" hərəkatının funksioneri Samson Qriqoryan bildirib. Onun sözlərinə görə, Qarabağa icazəsiz daxil olmaq istəyən "qonaqlar" Rusiya sülhməramlıları tərəfindən geri qaytarılıb:
"Rusiyalı sülhməramlılar Amerikadan olan dostlarımızı, ABŞ ermənilərini Qarabağa buraxmayıblar".

Xatırladaq ki, bu yaxınlarda Xankəndi şəhərinə qanunsuz getmək istəyən fransız jurnalistlər də Qarabağ ərazisinə buraxılmamışdılar. Rusiya sülhməramlıları onlara bildirmişdilər ki, Qarabağ Azərbaycan ərazisidir, bura səfər etmək üçün İrəvandan yox, Bakıdan icazə alınmalıdır.


Etiketlər:  ABŞ gələn ermənilər Qarabağa buraxılmadılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ