Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qanuni oğruların” seçkilərdə iştirakı qadağan edilir

“Qanuni oğruların” seçkilərdə iştirakı qadağan edilir

Tarix: 20 Fevral 2021 15:28

Qırğız Respublikasında mütəşəkkil cinayətkar qrup üzvlərinin və "qanuni oğruların" prezident və parlament seçkilərində namizəd kimi iştirakı qadağan olunur.

Sonxeber.net anews-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin irəli sürdüyü bu təşəbbüs ictimai müzakirəyə çıxarılıb.

DİN "Seçkilər haqqında" və "Mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında" qanunlara dəyişiklik hazırlayıb. Qurum mütəşəkkil cinayətkar qrup üzvlərinin prezident və deputatlığa namizəd olmasının qadağan etməyi təklif edir. Qanun layihələri Qırğız Respublikası hökumətinin saytında ictimai müzakirəyə çıxarılıb.

Yeni dəyişikliklərə görə, prezidentliyə namizəd MSK-ya mütəşəkkil cinayətkar qrup lideri və ya üzvü kimi qeydiyyatda olmadığına dair sənəd təqdim etməlidir.


Etiketlər:  Qanuni oğruların seçkilərdə iştirakı qadağan edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ