Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngin UNİVERSAL SİMPTOMLARI

Xərçəngin UNİVERSAL SİMPTOMLARI

Tarix: 21 Fevral 2021 23:36

Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xərçəngin "universal" simptomlarını sadalayıb.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, səbəbsiz keçməyən güclü yorğunluq xərçəngin erkən simptomlarından biri ola bilər.

Həmçinin həkim bildirib ki, insan pəhriz saxlamadan və qidalanmada heç bir dəyişiklik etmədən arıqlayırsa, bu da orqanizmdə onkoloji xəstəliyin inkişafına işarə edə bilər.

Onkoloqun sözlərinə görə, soyuqdəymə ilə bağlı olmayan qızdırma, uzunsürən, keçməyən öskürək, qanaxma (sidik yollarından, uşaqlıqdan, nəfəs yollarından və s.) kimi simptomlar da xərçəngin inkişafına işarə edə bilən simptomlardır.  


Etiketlər:  Xərçəngin UNİVERSAL SİMPTOMLARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ