Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 10:18
Ermənistan bir subyekt olaraq dünyanın siyasi xəritəsindən silinib, yalnız fiziki xəritəsində qalıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Xocalı cəlladlarından biri, ermənilərin "qəhrəman" adlandırdığı Arşavir Qaramyan özünün "Facebook" səhifəsində yazıb.
"Ermənistandakı daxili və xarici proseslərlə bağlı beynəlxalq birliyin susqunluğu və erməni xalqına qarşı qəsdlər Ermənistanın bir subyekt olaraq dünyanın siyasi xəritəsindən silindiyini və yalnız fiziki xəritədə qaldığını göstərir", - deyə erməni canisi yazıb.
"Əsas oyunçuların bir hissəsi siyasi meydanda "plan" hazırladığı bir vaxtda, digər kəsim "A planı" və "B planı"nı həyata keçirməyə hazırlaşır ",- Qaramyan qeyd edib.