Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada quş qripinin yeni növünə 7 nəfər yoluxub - Alimlərin qorxusu çin olur

Rusiyada quş qripinin yeni növünə 7 nəfər yoluxub - Alimlərin qorxusu çin olur

Tarix: 22 Fevral 2021 20:10

Rusiyada ilk dəfə dünyada quş qripinin insandan insana asanlıqla keçən və yayılan yeni ştammı ilə yoluxma faktı aşkarlanıb.

Virusu ölkənin cənubunda quş fabriklərinin 7 nəfər əməkdaşında tapıblar.

Sonxeber.net xəbər verir ki, Rospotrebnadzorun rəhbəri Anna Popova yeni elmi kəşf barədə məlumat verib.

"Vektor elmi mərkəzi laboratoriyasında ilk dəfə insanın quş qripi A (H5N8) virusuna yoluxması faktı sübut olunub.

Alimlər 7 nəfərin genetik materialında bu qripin viruslarını aşkarlayıb.

Quş fabrikinin əməkdaşları ötən ilin dekabrında həmin ərazidə baş verən quş qripi yayılması zamanı yoluxublar. Lakin onlar hansı virusa yoluxduqlarını bilməyiblər. O zaman insanlar və heyvanların qorunması üçün təcili tədbirlər görüldü və virusun yayılmasının sonrakı gedişatının qarşısı alındı"

Yeni qrip mutasiyası H5N8 quşdan insana keçə bilir və o artıq cinslər arasındakı hüceyrə baryerini aşa bilib.

Hələ ki, insandan insana bu virusun keçə bilməsi məlum deyil.

Rusiya bu araşdırmanı və faktı Dünya Səhiyyə Təşkilatına göndərib. /medicina.az


Etiketlər:  Rusiyada quş qripinin yeni növünə nəfər yoluxub Alimlərin qorxusu çin olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ