Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 17:52
Bakı. Cani Babayeva - Trend:
Tamaşaçıların dəstəyi mənə çox kömək etdi. Yarışdan-yarışa daha çox təcrübə toplayırıq. Bunu Trend-ə "EYOF Bakı-2019"da iştirak edən Azərbaycan gimnastı Səməd Məmmədli deyib.
O deyib: "Çıxışlardan sonra xallar səsləndirildikdə gözləntilərin özünü doğrultduğunu deyə bildim. Bəzi səhvlər oldu, at ilə oyunda daha yaxşı çıxış ola bilərdi, sadəcə kombinasiyaları dəyişdilər, ona görə bir az alınmadı".
S.Məmmədli əlavə edib ki, dünya və olimpiya çempionu olmağı arzu edir və ona görə hər bir yarış onun üçün böyük təcrübədir.
Azərbaycan gimnastı bildirib: "Yarışdan-yarışa daha böyük təcrübə toplayırıq. Ona görə bütün yarışlarda tam gücümüzü göstərməliyik".
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin