Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yalçın Rzazadə dəfn edildi - YENİLƏNİB - FOTO

Yalçın Rzazadə dəfn edildi - YENİLƏNİB - FOTO

Tarix: 23 Fevral 2021 16:45

16:43

Xalq artisti Yalçın Rzazadə Lənkəranda dəfn edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Xalq artisti Liman şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edib. 

---------
11:13

Ötən gün dünyasını dəyişən Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer müəyyənləşib.

Sonxeber.net bildirir ki, mərhumun qardaşı oğlu Anar Rzazadə axşam.az-a açıqlamasında Yalçın Rzazadənin doğulduğu Lənkəranda dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, müğənni dünən 74 yaşında dünyasını dəyişib.

----------
10:35

Xalq artisti Yalçın Rzazadə bu gün dəfn ediləcək.

Mərhum müğənninin oğlu Orxan Rzazadə axşam.az-a açıqlamasında bunları deyib:

"Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək. İndi cavab gözləyirik. Bir söz deyilməsə, atamı planlaşdırdığımız yerdə dəfn edəcəyik. Bir-iki qəbristanlıq planda var. Məsləhət edib, harada dəfn edilməsini dəqiqləşdirəcəyik. Mədəniyyət Nazirliyinə  müraciət edilib, cavab gözləyirik".

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün axşam saatlarında 74 yaşında dünyasını dəyişib.


Etiketlər:  Yalçın Rzazadə dəfn edildi YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ