Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Məni Bakıdan qovsalar da, getmərəm!"

Tarix: 23 Fevral 2021 15:58

Bu gün Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 75 yaşı tamam olur.

1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Anatoli Banişevski "ağ-qaralar"ın heyətində (1964 - 1973, 1975 - 1978) SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə "Neftçi" ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) "Neftçi"ni mərhum forvardı "Marakana" stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra "Neftçi"də (1981-1982) məşqçi, Mingəçevirin "Avtomobilçi" klubunda (1984 - 1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz"də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl "Şöhrət" ordeni ilə təltif olunub.

Qeyd edək ki, Anatoli Banişevski Bakıya və "Neftçi"yə sadiq bir futbolçu olub. 1990-cı ildə onun mərhum jurnalistimiz Adil Qaçayoğluna verdiyi müsahibədə əsl bakılı, azərbaycanlı və bütöv şəxsiyyət kimi dediyi bu qiymətli sözləri təqdim edirik:

"Qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi. Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm. Hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam. Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam. Mən "Neftçi"ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burada doğulmuşam, burada da öləcəyəm..."

Milli.Az


Etiketlər:  Məni Bakıdan qovsalar da getmərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ