Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 17:12
23 fevral 2021-ci il tarixində video konfrans şəklində Azərbaycan və Monqolustan Xarici Işlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirildi.
Azərbaycan Respublikasının xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Monqolustan xarici işlər nazirinin müavini Minxjin Batsumber iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu oldu.
Azərbaycan xarici işlər nazirinin müavini bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, üçtərəfli bəyanatlardan irəli gələn tədbirlərin həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verdi.
Görüşdə tərəflər Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı və bu xüsusda bir sıra təkliflər irəli sürüldü.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin inkişaf etdirilməsinin, o cümlədən kənd təsərrüfatı, xalçaçılıq, baytarlıq və digər istiqamətlər üzrə əməkdaşlığın, hüquq müqavilə bazasının möhkəmləndirilməsi üzrə işlərinin aparılmasının əhəmiyyətini qeyd edildi.
Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi vacibliyini xüsusi vurğulandı.