Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"EYOF Baku 2019": Komanda halında idman gimnastika yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

Tarix: 23 Iyul 2019 19:20

Bakı. Cani Babayeva - Trend:

XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası üzrə komanda yarışlarında ilk medalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, kişi gimnastların komanda yarışlarında 163,950 xalla Ukrayna millisi birinci olub. Rusiya yığması 163,100 xalla yarışı ikinci, İtaliya isə 159,183 xalla üçüncü pillədə başa vurub.

Səməd Məmmədli, Ağakazım Rüstəmov və Mənsum Səfərovdan ibarət Azərbaycan komandası isə 150,400 xalla 11-ci pillədə qərarlaşıb.

Daha sonra qaliblərin EYOF Baku 2019-da təntənəli mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, XV Yay Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-dən 27-dək 12 idman obyektində keçirilir.

Festivalda Avropanın 48 ölkəsindən 3900 idmançı iştirak edir. İştirakçıların 52 faizi oğlanlar, 48 faizi qızlardır. Qaliblər 135 dəstdə 930 medal alacaq, onlardan 300-ü qızıl, 300-ü gümüş, 330-u bürüncdür. Azərbaycanı festivalda 122 idmançı təmsil edir. XV Yay Avropa Gənclər Olimpiya Festivalında idmançılar 10 formada - gimnastika, atletika, basketbol, ​​velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışırlar.


Etiketlər:  EYOF Baku 2019 Komanda halında idman gimnastika yarışlarının qalibləri mükafatlandırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ