Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 22:24
İsrailin "Blue White Robotics" şirkəti istənilən traktoru sürücüsüz aparata çevirməyə imkan verən avtonom idarəetmə sistemi hazırlayıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, sözügedən sistem lidar, kameralar, peyk naviqasiya sistemindən gələn siqnalların qəbuledicisi və maneə ilə toqquşarkən dayanmağa kömək edən qoruyucu bamperdən ibarətdir. Həmçinin istehsalçılar, məsələn, qəza zamanı fermanın işçilərinə traktorun işini dayandırmağa imkan verən alət də nəzərdə tutublar.
Şirkət tərəfindən hazırlanmış proqram təminatı sürücüsüz qurğuları uzaqdan idarə etməyə və onlar üçün marşrutlar yaratmağa imkan verir. "Blue White Robotics" şirkəti sistemi abunə yolu ilə satmaq niyyətindədir. Şirkətin mütəxəssisləri hesab edirlər ki, bu sistemin tətbiqi ilə traktorların işinin avtomatlaşdırılması nəticəsində fermaların xərcləri azalacaq.