Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 19:48
Bakı. Trend:
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının ikinci gününə oğlanların mübarizəsində B qrupunda yer alan Türkiyə və Litva seçmələrinin oyunu ilə start verilib.
Trend-in məlumatına görə, Türkiyə komandası oyunda 69:63 hesabı ilə qalib gəlib.
Paralel keçən digər görüşdə qızların yarışının B qrupunda Türkiyə və Polşa basketbolçuları üz-üzə gəliblər. Türkiyəli oğlanlardan fərqli olaraq qızlar polşalı rəqiblərinə 54:69 hesabı ilə uduzublar.
Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin