Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarlı havada yıxılaraq xəsarət alanların sayı 27-yə çatıb - YENİLƏNİB

Qarlı havada yıxılaraq xəsarət alanların sayı 27-yə çatıb - YENİLƏNİB

Tarix: 24 Fevral 2021 15:12

15:11

Bu gün saat 15:00-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Milli.Az-a verilən xəbərə görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

-----------

13:27

Bakıda qarlı havada küçələrdə 22 nəfər yıxılıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Milli.Az-a bildirilib ki, bu gün saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 22 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Onlardan 10 nəfəri kişi,12 nəfəri isə qadındır.

Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

---------

11:42

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 12 nəfərə çatıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Milli.Az-a verilən xəbərə görə, bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

-------

10:44

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Milli.Az bildirir ki,  yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

Milli.Az


Etiketlər:  Qarlı havada yıxılaraq xəsarət alanların sayı 27 çatıb YENİLƏNİB


RƏYLƏR