Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klub prezidentinin 450 milyon avroluq yaxtası hazırlanır

Klub prezidentinin 450 milyon avroluq yaxtası hazırlanır

Tarix: 24 Fevral 2021 15:50

"Çelsi"nin sahibi Roman Abramoviç yeni yaxtaya sahib olacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Solaris yaxtası 145 metrdən ibarət olacaq.

"Lloyd Werft" gəmiqayırma zavodunda hazırlanan böyük yaxtanın gələn həftə istifadəyə verilməsi gözlənilir. Onun tərkibində 8 göyərtə, lift, idman zalı, helikopter meydançası, cakuzi, hovuz, helikopter anqarı və müşayiət gəmiləri üçün bir qarajla təchiz ediləcək.

Yaxtada 38 nəfərə qədər sərnişin və 60 nəfərlik heyəti qəbul edəcək 48 kayut var. Gəminin dəyərinin 450 milyon avroya bərabər olduğu bildirilib.

Milli.Az


Etiketlər:  Klub prezidentinin 450 milyon avroluq yaxtası hazırlanır


RƏYLƏR