Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 16:00
Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin üzvləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, anım mərasimi mövcud pandemiya qaydalarına uyğun təşkil edilib.
Belçikanın Ham şəhərində ucaldılmış Qarabağ atı abidəsinin önünə yığışan cəmiyyət üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı xüsusi amansızlıqla törətdikləri kütləvi qırğını insanlığa zidd cinayət adlandırıblar. Dünya tarixinə qara səhifə kimi düşmüş Xocalı soyqırımının heç vaxt unudulmayacağını bildirən Cəmiyyət üzvləri erməni faşizmini hiddətlə pisləyiblər. Onlar bu cür faciələrin təkrarlanmaması üçün dünya birliyini Xocalı soyqırımını törədən cinayətkarların məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüququn tələb etdiyi addımları atmağa çağırıblar.