Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni Zelandiyada özünü sahilə atmış qara delfinlər xilas edilib

Yeni Zelandiyada özünü sahilə atmış qara delfinlər xilas edilib

Tarix: 24 Fevral 2021 18:50

Özünü Yeni Zelandiyanın Cənub adasının şimal sahillərinə atmış 28 qara delfin mütəxəssislər tərəfindən xilas edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Radio New Zealand" radiosu məlumat yayıb. Bildirilir ki, həmin delfinlər özlərini Kraytsçörç şəhərindən 500 kilometr şimal-qərbdə yerləşən Faruell - spit əyrisi sahillərinə atıblar. Yeni Zelandiya Təbiət və Tarixi İrs Departamentinin mütəxəssisləri hadisədən dərhal sonra həmin əraziyə gəliblər.

Dənizdə qabarmanın başlamasını gözləyən xilasedicilər delfinləri açıq dənizə buraxıblar. Departamentdən bildiriblər ki, bundan üç sutka əvvəl də həmin yerdə 49 delfin özünü sahilə atıb. Onlardan 40-ı xilas edilərək dənizə qaytarılıb.

Qeyd edilir ki, Qolden-Bey körfəzində qara delfinlərin məhv olması ilə bağlı son 15 ildə 10 hadisə qeydə alınıb. Son belə hadisə 2017-ci ilin fevralında baş verib. Həmin vaxt dənizin çəkilməsindən sonra 700 delfin sahildə qalıb və onlardan 250-si məhv olub.


Etiketlər:  Yeni Zelandiyada özünü sahilə atmış qara delfinlər xilas edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ