Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 14:10
Bakı. Trend:
Bakıda “İnsan ruhunun qüdrəti” adlı Amerika film festivalı keçiriləcək.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bütün filmlər 2019-cu il mayın 1-5-də “Park Cinema Fleym Touers”də nümayiş olunacaq.
“Aydakı adam”,”Yaraşıqlı oğlan”, “Yaşıl kitab”, “Sevgi ilə, Saymon” və “Bir ulduz doğulur” kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Biletlərin hər biri 2 manatdır. Biletlər www.parkcinema.az saytında və “Park Cinema” kassalarında da mövcuddur.
ABŞ-ın Azərbaycandakı Səfirliyi bu tədbiri burada keçirilməsinə görə “Park Cinema”ya təşəkkürünü bildirir. Azərbaycan ictimaiyyətini bu mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir:
Film |
Həftə Günləri |
Günlər |
Vaxt |
Zal # |
Aydakı adam |
Çərşənbə |
1 may 2019 |
19:00 |
3 & 4 |
Yaraşıqlı oğlan |
Cümə axşamı |
2 may 2019 |
19:00 |
3 |
Yaşıl kitab |
Cümə |
3 may 2019 |
19:00 |
3 |
Sevgi ilə, Saymon |
Şənbə |
4 may 2019 |
19:00 |
3 |
Bir ulduz doğulur |
Bazar günü |
5 may 2019 |
19:00 |
3 |
Filmlərin nümayişi; Alov Qüllələri, Mehdi Hüseyn 1 a ünvanında yerləşən “Park Cinema”da olacaq |
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin