Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan ordusunun Baş Qərargahı növbəti bəyanat yaydı

Ermənistan ordusunun Baş Qərargahı növbəti bəyanat yaydı

Tarix: 25 Fevral 2021 15:54

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti bəyanatla çıxış edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bəyanatda bildirilir ki, Baş Qərargahın rəhbər heyətinin fevralın 25-də səhər yaydığı bəyanat kiminsə yönləndirilməsi ilə verilməyib və kiminsə təzyiqi altında yayılmayıb.

"Bu, yeganə məqsədi böhranlı anda Vətənin xilası işinə xidmət etmək olan general və zabitlərin inamıdır. Biz bu aydın mövqeyimizi bir daha təsdiqləyirik", - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.


Etiketlər:  Ermənistan ordusunun Baş Qərargahı növbəti bəyanat yaydı


RƏYLƏR