Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 16:36
İrəvanın mərkəzində Opera binasının yaxınlığında hakimiyyət tərəfdarları ilə müxalifət arasında toqquşmalar baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müxalif "Vətənin xilası hərəkatı"nın tərəfdarları Azadlıq meydanına toplaşıblar. Həmin vaxt oradan Baş nazir Nikol Paşinyana dəstək yürüşü edən vətəndaşlar keçib. Bu zaman iki qrup arasında qarşıdurma yaşanıb.
Polis çətinliklə toqquşmaların qarşısını ala bilib. Vəziyyət hazırda gərgin olaraq qalır.