Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AzMİU-da beynəlxalq konfrans keçirilib (FOTO)

AzMİU-da beynəlxalq konfrans keçirilib (FOTO)

Tarix: 26 Aprel 2019 14:16

Bakı. Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildö­nümünə həsr olunmuş “İnsan inkişafı. Dünyaya inteq­ra­siya” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib.

AzMİU-dən Trend-ə verilən məlumata görə, konfransa ölkəmizin ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gələn qonaqlar da qatılıb. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin AzMİU-nun həyətində ucaldılmış abidəsi önünə gələrək əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıblar.

Konfransı giriş və salamlama nitqi ilə AzMİU-nun İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva açıb, qonaqları salamlayıb.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbirdə iştirak edən qonaqları salamlayıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın işində yaxından iştirakına görə xüsusi təşəkkürünü bildirib. Rektor konfransın ənənəvi olaraq hər il AzMİU-da keçirildiyini, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr oldunduğunu qeyd edib. O, bu konfransın ümummilli liderin şəxsiyyətinə olan dərin hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıb. G.Məmmədova Heydər Əliyevin çoxşaxəli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və millətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb.

Rektorun çıxışından sonra konfransın plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi­tə­si­nin sədri, professor Hicran Hüseynova çıxış edib. “Davamlı inkişafda qadınların rolu” mövzusunda çıxış edən H.Hüseynova vurğulayıb ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi bu gün ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir: “Bu baxımdan ötən müddətdə qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb”.

AzMİU-nun İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva “Firəvan, ahəngdar və təhlükəsiz gələcək üçün dəyişən iqtisadiyyat və dövlət”, Rusiya Dövlət Ədliyyə Universitetinin dosenti Şaraputdin Rəşidov “Xarici tələbələrin Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil perspektivi və problemləri” mövzusunda aktual məruzələr ediblər.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Onu da qeyd edək ki, ümumilikdə konfransa 98 məqalə təqdim edilib. Beynəlxalq konfrans 2 gün davam edəcək, bölmə iclaslarında mühazirələr dinləniləcək, müzakirələr aparılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AzMİU beynəlxalq konfrans keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ