Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir

Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir

Tarix: 26 Fevral 2021 15:34

10 minlərlə insan Gürcüstan parlamentinin qarşısına toplaşaraq etiraz aksiyası keçirir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, aksiyaya ölkədəki demək olar ki, bütün müxalifət partiyalarının nümayəndələri, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə Tbilisi və yaxın bölgələrin sakinləri toplaşıb.

Aksiya iştirakçılarına ilk müraciət edən "Milli Hərəkat" liderlərindən biri Xatiya Dekanoidze olub.

"Bu gün yürüşümüz və aksiyamız "Azadlıq üçün etiraz" adlanır. Ölkədəki hər şeyin rejim tərəfindən ələ keçirilməsinə, hər birimizin səs vermək hüququmuzun oğurlanmasına, ölkədə siyasi məhbusların mövcudluğuna etiraz edirik",- deyə Dekanoidze qeyd edib.

Daha sonra o Nika Meliyanın (müxalif "Vahid milli hərəkat" partiyasının lideri Nika Meliye bu ilin 23 fevralında saxlanılıb - red.) həbsxanadan yazdığı məktubu oxuyub. Meliya məktubda etirazçılara dəstəyini ifade edib, onun üçün əsas məsələnin ölkənin qələbəsi olduğunu bildirib.

Parlament binası yaxınlığında təşkil olunan mitinqdə müxalifət partiyalarının liderləri gələcək planlarını açıqlayıblar. Onlar etirazların həm Tbilisidə, həm də bölgələrdə davam edəcəyini bildiriblər.

Müxalifətin növbəti iki həftə keçirəcəyi aksiyalar üçün planı belədir:

2 mart - Gürcüstan parlamenti qarşısında piket.

5 mart - Hökumət binasının qarşısında piket.

9 mart - Gürcüstan Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq.

11 mart - Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında mitinq.

13 mart - Parlament binası qarşısında son böyük etiraz mitinqi.


Etiketlər:  Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir


RƏYLƏR